Dünya

Türkiyə kəşfiyyatı Suriyada təhlükəli terrorçunu ələ keçirdi

13-09-2018, 10:38

Türkiyə kəşfiyyatı Suriyada Reyhanlıdakı terror aktının təşkilatçısı Yusuf Nazik adlı şəxsi ələ keçirib.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, Suriyanın Lazkiye əyalətində ələ keçirilən Y. Nazik artıq Türkiyəyə gətirilib və ifadəsi alınıb.

Bildirilir ki, saxlanılan şəxs Suriya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edib və terror aktı icraçılarının addımlarının əlaqəndirilməsi ilə məşğul olub.

İlkin ifadə zamanı Y. Nazik Suriya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyini etiraf edib. O bildirib ki, terror aktının keçiriləcəyi rayonlar analiz edildikdən sonra Suriyadan Türkiyəyə iki avvomobildə partlayıcı qurğu gətirilib.

Y. Nazik deyib ki, Reyhanlıda terror aktını dostları ilə birlikdə planlaşdırıb.

Ankarada bildiriblər ki, terrorçunun saxlanılması əməliyyatı digər ölkələrin xüsusi xidmət orqanlarının köməyi olmadan keçirilib.

Qeyd edək ki, Türkiyənin Hatay bölgəsində yerləşən Reyhanlı şəhərində terror aktı 2013-cü ilin mayın 11-də olub. Poçt şöbəsinin binası yaxınlığında baş verən partlayış nəticəsində 53 nəfər ölüb.

Bu iş üzrə 2018-ci ilin fevralın 23-də 33 nəfər ömürlük həbs cəzası alıb. Yusuf Nazik daxil olmaqla 8 terrorçu beynəlxalq axtarışa verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]