Dünya

Putin-Paşinyan görüşünün tarixi açıqlandı

4-09-2018, 10:40

Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünün tarixi açıqlanıb.

Oxu.Az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün sentyabrın 8-də baş tutacağını bildirib.

Qeyd edək ki, Ermənistan baş nazirinin Rusiyaya səfəri ölkədə hakimiyyət dəyişikliyindən sonra sayca üçüncü olacaq. İlk dəfə Paşinyan Putinlə mayın 14-də görüşüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]