Dünya

Rusiyada helikopter qəzaya uğrayıb

3-09-2018, 11:11
Rusiyada helikopter qəzaya uğrayıb
Rusiyanın İrkutsk vilayətində “Anqara” aviaşirkətinə məxsus “Mi-8” helikopteri qəzaya uğrayıb.

AZƏRTAC Rusiya FHN-nin saytına istinadla xəbər verir ki, helikopter Ust-Kuta şəhərindən Kunerma şəhərində geoloji kəşfiyyat işləri ilə məşğul olan insanları daşımaq üçün havaya qalxıb. Lakin helikopter təyinat yerinə çatmayıb.

Xilasedicilər helikopterin qalıqlarını tapıblar. Heyətin marşrutdan yayındığı ehtimal olunur. Rusiya Tədqiqat Komitəsi araşdırma aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]