Dünya

Donald Tramp müsəlmanları təbrik etdi

25-06-2017, 11:57

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, təbrikdə qeyd olunub ki, ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər.

“ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir” – təbrikdə belə deyilir.
[i][/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]