Dünya

Mark Zukerberq ilk dəfə iftara qatılıb

23-06-2017, 17:24

Facebook-un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

“Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var”, - M.Zukerberq Facebook səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]