Dünya

Misirdə son illərdə ilk dəfə parlamentin iclası çağırılıb

10-01-2016, 08:33
Misir hakimiyyəti son illər ərzində ilk dəfə parlamentin iclası çağırılıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb. 

Deputatlar ötən ilin payızında seçiliblər. Palatanın 568 üzvü seçkilərdən sonra yerini tutub, daha 28 nəfəri isə dövlət başçısı təyin edib. 

İclasda deputatlar and içəcəklər. Bundan başqa, spikerin və müavinlərinin seçilməsi üçün səsvermə də keçiriləcək. 

Parlamentin əvvəlki çağırışı 2011-2012-ci illərdə Hüsnü Mübarək devrildikdən sonra formalaşdırılmışdı. 2012-ci ilin ortalarında bu parlament məhkəmə qərarı ilə buraxıldı. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]