Dünya

Həsən Ruhani ikinci dəfə prezident seçildi

20-05-2017, 15:17

Həsən Ruhani ardıcıl ikinci dəfə İran prezidenti seçilib.

Xeberman.com Reuters-ə istinadən məlumatına görə, bu barədə İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani-Fazli deyib.

“41,2 milyondan Ruhani 23,5 milyon səs qazanıb və qalib gəlib”, - nazir qeyd edib.

Ruhaninin rəqibi İbrahim Rəisi isə 15, 8 milyon səslə ikinci olub.

11:12

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14:00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14:00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70%-i iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]