Dünya

Тramp Merkelin əlini sıxmamasının səbəbini - Açıqladı

23-04-2017, 22:03

ABŞ prezidenti Donald Тramp Almaniya kansleri Angela Merkel ilə görüşündə onun əlini sıxmadığının səbəbini açıqlayıb.

BakiPost.az-ın Trend-ə istinadən məlumatına görə, Tramp bu haqda Associated Press Agentliyinə müsahibəsində bildirib.

Tramp deyib: "Həmin vaxt sanki kimsə qışqırdı: "Onun əlini sıxın, onun əlini sıxın", amma mən eşitmədim. Bilirsiniz, biz uzun müddət bir yerdə olmuşuq, və mən onun əlini dörd dəfə sıxmışam".

ABŞ prezidenti qeyd edib ki, onunla Merkel, NATO və immiqrasiya məsələlərində olan fikir ayrılığına baxmayaraq, böyük anlaşmaya nail ola biliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]