Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan liderlərə təcili gecə zəngi

17-04-2017, 00:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun son nəticələrinə ilk münasibətini bildirib.

Ərdoğan Baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı və BBP baş katibi Mustafa Dəstici ilə ilə telefon əlaqəsi yaradıb.

Prezident referendumdakı qələbəyə görə onları təbrik edib, nəticələrin Türkiyə xalqı üçün xeyirli olmasını diləyib.

Qeyd edək ki, referendumda ölkə seçicilərinin 84,05 faizi iştirak edib. Hazırda demək olar ki, bütün səslər hesablanıb (bülletenlərin 99,96 faiz sayılıb). Bu nəticəyə görə, seçicilərin 51,22 faizi Konstitusiya dəyişikliyini dəstəkləyib.

Artıq Türkiyə prezident üsul-idarəsinə keçir. /// Axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]