Dünya

Türkiyədə seçkilərin nəticələri açıqlanır - Bülletenlərin 87%-i sayılıb/VİDEO,YENİLƏNİR

16-04-2017, 20:20

Türkiyədə referendumda bülletenlərin 87%-i sayılıb.

BakiPost.az-ın məlumatına görə, bülletenlərin 80 faizinin sayılmasından sonra seçicilərin 52.9 faizi Konstitusiya dəyişikliyinin dəstəkləyib.

***
19:44

Referendumunda bülletenlərin yarıdan çoxu, 65 faizi sayılıb.

BakiPost.az-ın məlumatına görə, bülletenlərin 65 faizinin sayılmasından sonra seçicilərin 55.5 faizi Konstitusiya dəyişikliyinin lehinə, 44.5 faizi əleyhinə səs verib.

***
19:17

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 32 faizi sayılıb.

BakiPost.az-ın məlumatına görə, seçicilərin 61,3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 38,7 faizi əleyhinə səs verib.

***
18:15

Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendumda səsvermə başa çatıb.

BakiPost.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, səsvermədə yüksək aktivlik müşahidə olunub.

Səsvermə saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb.

Səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

***
17:09

Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.

BakiPost.az-ın məlumatına görə, ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.

Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edəcək.

Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.

Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

***

Türkiyənin baş naziri Binali Yıldırım İzmir şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.

10:42
***
[center]

Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum davam edir.

BakiPost.az "Report"a istinadən xəbər verir ki, seçki məntəqələrində böyük aktivlik müşahidə olunur. Səsvermə hüququ olan vətəndaşlar seçki məntəqələrinə gələrək referendumda səs verirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]