Dünya

Rusiya "qara qutu"nu oxuya bilmir

21-12-2015, 21:23
Rusiya "qara qutu"nu oxuya bilmirÖtən ay Türkiyənin vurduğu SU-24 təyyarəsinin "qara qutu"su pis zədələndiyindən onu oxumaq olmur.

Bu barədə uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini Sergey Dronov dekabrın 21-də keçirdiyi brifinqdə məlumat verib.

O, "qara qutu"nun oxunması üçün əlavə vaxt tələb olunduğunu bildirib.

Rusiya rəsmisinin sözlərinə görə "qara qutu" Çin, Böyük Britaniya və ABŞ-dan olan mütəxəssislərin iştirakı ilə açılıb.

Qeyd edək ki, Türkiyə təyyarələrinin noyabrın 24-də Rusiya təyyarəsini vurmasından sonra tərəflər arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələri dayandırıb.

Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu, Moskva isə onun Suriya ərazisində vurulduğunu təkid edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]