Analitika

Nəydi o gəncin günahı?

17-07-2016, 14:49
Nəydi o gəncin günahı?Türkiyədə baş verən son hadisələr çox üzücüdür. Bütün zorakı, qeyri-qanuni hakimiyyət dəyişikliyini qəbul etməsək də, baş verən bəzi hadisələrə münasibət bildirməmək haqsızlıq və günah olar, məncə. Ən üzüldüyüm, daha çox təsirləndiyim, əsəbləşdiyim və internet üzərindən seyr etdikdən sonra hələ də özümə gələ bilmədiyim hadisə isə saqqallı İŞİD qəssabının 20 yaşında türk əsgərinin başını kəsməsidir. 

Türk telekanalları gün ərzində "darbeden” danışır, Ərdoğanın çıxışının rolikini çevirir, ekspertləri danışdırır, hadisələri göstərirlər. Lakin bircə telekanal bu vəhşiliyi,vəhşəti,dəyişəti dilə gətirmir. Çıxışçıların bircə nəfəri bu cinayətdən söz açmır. Bundan böyük cinayətmi var? ... Öz xalqına mərmi sıxan bir əsgərlə, bir əsgərin başını kəsən saqqallının təhlükəsi eyni deyilmi? Hardandır türk əsgərinə bu qədər nifrət? Bəs bu İŞİD köpəyi türk əsgərinin başını kəsərkən, təslim olan Türk əsgərləri ling edilərkən ətrafdakılar hara baxırdı? İnsanlıq ölmüşmüydü? Axı qarşısında bu günə qədər onları terrordan qoruyan, vətən torpağı üçün canını fəda edən türk əsgəri idi. O türk əsgəri ki,əmrə tabe idi, o türk əsgəri ki, hələ də nə baş verdiyini anlamırdı. Məsum gözlü, uşaq çöhrəli o gənc... İlahi, necə dəhşətli olardı ölüm anında onun gözlərinə baxmaq. Çox güman ki, ölərkən də gözlərində bir sual vardı, günahım nədir? 
Bəlkə də neçə-neçə şəhid düşən əsgər yoldaşı qollarında can vermişdi, bəlkə də dəfələrlə vətən üçün döyüşərkən ölümün pəncəsindən dönmüşdü. Vətən, başın sağ olsun! Deyə yüz kərə canını fəda etmişdi,o gənc. 
Arzuları nakam qaldı, valideynlərinin ümidləri puç oldu, çırağı keçdi. Valideynləri, qohum əqrabası üçün ağır bir miras qoyub getdi, o gənc. Vətən xaini?!... Anasına "vətən xaininin” anası, bacısına "vətən xaininin” bacısı, atasına "vətən xaininin” atası deyəcəklər. Sevdiyi qız belə qəbri üstündə saçını yolmaqdan çəkinəcək, sevgi dağını içinə çəkilib, için-için ağlayacaq.
O gəncin günahı nəydi? Qanunsuz əmrə tabe olmaqmı? Əmrə tabe olmasaydı?...ya yenə də hansısa cəllad tərəfindən güllələnəcəkdi, ya da... Birdən adını "darbe” dedikləri o çevriliş baş tutsaydı? O zaman necə olacaqdı bu məsum, zavallı gəncin halı? ...

Kimdir günahkar? Komandirinin əmrini yerinə yetirən gənc əsgər, yoxsa ona qanunsuz əmr verən komandirimi? Bu baş verənlərdə Ərdoğanın heç suçu yoxmu? Onsuz da qalibi mühakimə etmirlər. Çox güman ki, kimsə Ərdoğana günakar sansən də deməyəcək.Amma qədim Misirdəki bir deyimi xatırlatmaq istəyirəm, "Çay qırağında qurd bir quzunu yeyibsə buna firon cavabdehdir. Ya qurd həddini aşıb, ya quzu nəzarətsiz qalıb”-deyirmişlər. Türkiyəni bu hala salan o deyilmi? Fətullah Gülənlə aralarında yaranan narazılıqdan, düşmənçilikdən,inyirqalardan ziyan görən Türkiyə deyilmi? PKK-çıları dağdan yendirib Türkiyəni bölünmək həddinə gətirən o deyilmi? Artıq Türkiyənin ucqar şəhərləri İraqı, Suriyanı xatırladır. Terror Türkiyənin ürəyinə qədər işləyib. 17 dekabrın yolsuzluq əməliyyatı zamanı oğlunun adı hallanan cinayətləri ört-bas edən?... Ergenokon məsələsində milli ruhlu, təceübəli, ağır döyüşlərin sınağından çıxmış Türk generallarını həbs etdirib, sıradan çıxaran, MİT təşkilatının böyük zəhmət hesabına illərlə yetişdirdiyi və çətinliklə PKK-a daxilinə və başqa önəmli, strateji yerlərə yerləşdirdiyi istiparatçıları "deşifrə” edərək məhv edən o deyilmi? Atatürkü inkar edib, konstitusiyanı dəyişən, digər hakimiyyət qollarının səlahiyyətini mənimsəyərək Türkiyəni demokratik bir ölkədən avtoritarizmə yuvarladan,bütün qonşu dövlətlərlə "0” problem deyib, qonşu dövlətlərin hamısını və Avropanı, Amerikanı müttəfiqlikdən düşmənçilik vəziyyətinə gətirən o, nəhəng siyasətçinin heçmi günahı yoxdur?

Administratorla əlaqə

077 611-55-22

[email protected]