Analitika

Masallı rayon icra hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlının Fətullah Gülənə aparan yol.

19-06-2017, 10:16
Masallı rayon icra hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlının Fətullah Gülənə aparan yol.Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və onun Mülki İqtisadiyyat üzrə müavini Nəsir Muxtarlının korrupsioner əməlləri.
Cənab Prezidentimiz İlham Əliyev şəhərlə kənd fərqinin aradan qaldırılması üçün bölgələrimizdə Sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq abadlıq, quruculuq işləri o cümlədən məktəb, təhsil ocaqları, uşaq bağçaları, tibb məntəqələrinin tikilməsi və yolların təmiri, yenidən çəkilməsi, su kanalizasiya xəttlərinin yenilənməsi ucqar kəndlərin belə qazlaşdırılması üçün külli miqdarda vəsait ayırır. Elə rayon varki, bu ayrılan vəsaiti layiqincə həyata keçirir, göstərilən işləri görür, bəzi rayonlarımızda isə tam əksinə olaraq, ayrılan vəsait hara,necə, nəyə xərcləndiyi bəlli olmur.
Bəzi rayonlarımızda Rayon İcra Hakimiyyəti Başçısı özünə yaxın bildiyi bir qrup şəxslərlə əlbir olub yuxarıda qeyd etdiyimiz dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyir, öz şəxsi mənafelərinə xərcləyirlər. Belə rayonlardan biri də Masallı rayonudur. Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və müavini Nəsir Muxtarlı əlbir olaraq ölkə prezidentinin sərəncamına əsasən ayrılan vəsaiti lazımi işlərə yox, öz şəxsi büdcələrinə yatırtmaqla ölkə daxilində və ölkə xaricində şəxsi biznes şəbəkələri qurmaqda davam edirlər. Son illərdə cənab prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun abadlıq quruculuq işlərinə 148milyon manatdan yuxarı pul vəsaiti ayrılmışdır, amma onun 50milyon manatını Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov və müavini Nəsib Muxtarlı şəxsi pulları kimi mənimsəmişlər. Belə ki, Hesablama Palatasının rayonda apardığı yoxlama nəticəsində faktiki olaraq ayrılan vəsaitdən 50 milyon manat mənimsənilməsi aşkar edilmişdir. Bu araşdırmalara görə, hal-hazırda 35 milyon mənimsənilmə faktı qalır, 15 milyon manat isə büdcəyə ödənilib.
RİA24.az saytına daxil olan məlumatda bildirilir ki, bu pulları RİH-nin başçısı Rafil Hüseynov Bakının Novxanı qəsəbəsində 60 sot torpaq alaraq hər 2 oğlu üçün 3mərtəbəli villa tikdirmişdir. Mənbə onuda bildirir ki, bu faktlar sözü gedən şəxslərin sosial şəbəkələrdə çox maraqla paylaşımlarındada öz təsdiqini tapır bununla bərabər Masallı RİH-in başçısı R. Hüseynov və müavini N.Muxtarlı ilə birlikdə mənimsədikləri dövlət büdcəsindən ayrılan pullara Qax rayonunun İlisu kəndində bir hektar torpaq sahəsi alaraq, özlərinə şəxsi sanatoriya tikdirmişdilər. Həmin sanatoriyanın tikilişində Masallı rayonunun Öncəqala kəndində usta və fəhlələr 6aya yaxındır ki, orda işləyiblər. Hətta öncəqala bələdiyəsinin sədri Rafiq hər həftənin 6 və bazar günləri fəhlələrə ərzaq və qida məhsulları aparır. Htta Krılovada özünə 5milyon dəyərində villa almış, hal-hazırda orda oğlanları ilə istirahət edir. Rafil Hüseynova özünü çox “şirin” göstərən müavini Nəsir Muxtarlı məsləhət görür ki, əmlaklarını öz yaxın qohumlarının adlarına keçirtsinlər. Sonrakı gün əməllərinin üstü açılanda başları ağrımasın. Masallı rayon ictimaiyyəti ziyalıları ,ağsaqqalları belə “işgüzar”, əlaltıları güclü , yol göstərən və bu işdə böyük təcrübəsi olan Nəsir Muxtarlıya “Qaloş” təxəllüsü veriblər. Çünki Nəsir Muxtarlının çox gözəl uzaq görənliyi, iş qurma qabiliyyəti, hər bir qaranlıq məsələdən ustalıqla çıxan geniş, imkanlı təcrübələri var. O, bu təcrübələri illər öncə 1992-ci ildəTürkiyədə təhsil alarkən Fətulla Gülən məktəbində öyrənib. Qatı muxalifətçi və Fətoçu Nəsir Muxtarlı özbaşınalığı davam edir...
Növbəti yazılarımızda Masallı rayonuna ayrılan dövlət büdcəsinin hara, necə sərf olunduğu məlumatı daha dəqiqliyi ilə çatdıracayıq. Bizi izləyin . Araşdırmalarımız davam edir.
R. İmranqızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]