Xəbərlər / Dünya

İcra başçısı diz çökərək göyərtisatan qadından üzr istədi - VİDEO

10-04-2018, 16:30
İcra başçısı diz çökərək göyərtisatan qadından üzr istədi - VİDEO
İranın Mazandaran əyalətinin Tonekabon şəhəri icra başçısı, satdığı göyərtiləri icra işçiləri tərəfindən suya atılan qadından üzr istəyib.

Ötən həftə İranda icra məmurları tərəfindən göyərtisatan qadına qarşı edilən hərəkət sosial mediada yayılmışdı. Sosial şəbəkə istifadəçiləri icra məmurlarının addımını tənqid etmişdilər. Hadisədən sonra narahat olan icra başçısı Məhəmməd Zərrudi qadını qəbul edərək, qarşısında diz çöküb və ondan üzr istəyib. M. Zərrudi qadına bildirib ki, icra məmurları cəzalandırılıb və işdən çıxarılıb.


İcra başçısının tövsiyələrini dinləyən qadın işdən çıxarılan işçiləri bağışladığını bildirərək, onların işlərinə geri dönməsinin təmin edilməsini istəyib. (eastnews.org)


Administratorla əlaqə

077 611-55-22

[email protected]