Xəbərlər / Media

Azərbaycan prezidentini və birinci xanımı təhqir edən radio cəzalandırıldı

26-01-2018, 11:31

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Show Radyo” radiostansiyasını Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya qarşı təhqiramiz ifadələrə yol verdiyinə görə cəzalandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

RTÜK-ün qərarına əsasən, “Matrax” verilişinin beş yayımına qadağa qoyulub, həmçinin şirkətin kommersiya gəlirlərinin 5 faizi miqdarında cərimə tətbiq edib.

Qərara səbəb isə Zəki Kayahan Coşqunla efirə çıxan “Matrax” verilişi olub.

RTÜK “Show Radyo” rəhbərliyinə xəbərdarlıq edib ki, yaxın bir il ərzində belə hal təkrarlanarsa, radiostansiya birdəfəlik bağlana bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]