Xəbərlər / Maraqlı

Bakıda bərbərdən qeyri-adi addım – VİDEO

26-11-2017, 15:14

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. 20 ildir bərbərlik edən Bəhruz Mahmudov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb.

Xeberman.com Xəzər TV-yə istinadən məlumatına görə, o, həmkarlarından fərqli olaraq gözlərini bağlayıb saç kəsmək qərarına gəlib. Bunun üçün Bəhruz bir neçə müştərisinin saçının üzərində aylarla məşq edib. Sonda isə arzuladığı işi yerinə yetirə bilib.

Bəhruzun sözlərinə görə, gözləri bağlı olsa da, saçı hiss edərək kəsir.

Müştəriləri onun bu bacarığını maraqla qarşılasalar da, bir çoxları gözübağlı bərbərə saç kəsdirməyə risk etmirlər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]