Xəbərlər

“Eurovision”da bir ilk: Canlı yayımda evlilik təklifi – VİDEO

12-05-2017, 10:54

Ötən gün “Eurovision”un ikinci yarımfinal mərhələsində maraqlı anlar yaşanıb.
Xeberman.com Qafqazinfo-ya istinadla xəbər verir ki, layihənin aparıcısı “Green Room”a yaxınlaşıb və Makedoniya təmsilçisi Jana Burceska ilə söhbət etməyə başlayıb.

Ölkənin nümayəndə heyəti arasında xanım müğənninin sevgilisi Aleksandr da olub. O, mikrofonu götürərək sevgilisinə evlilik təklifi edib.

Aleksandr cibindən üzük çıxararaq sənətçiyə uzadıb. İfaçının cavabı isə müsbət olub, sevgilisinə “hə” deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]