Xəbərlər / Hava haqqında

Sabaha olan hava proqnozu AÇIQLANDI

15-03-2017, 12:22

ETSN-dən Xeberman.com-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]