Xəbərlər

Polis Qubada təriqətçilərə qarşı əməliyyat keçirildi

6-03-2017, 13:31
Polis Qubada təriqətçilərə qarşı əməliyyat keçirildi
Xeberman.com xəbər verir ki, Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında rayon sakini Tehran Əmiraslanovun yaşadığı evdə əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı T.Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi müəyyənləşib. Evə baxış zamanı oradan 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb.

Ev sahibi və yığıncaqda iştirak edən 22 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]