Xəbərlər

İlin ilk Günəş tutulması baş verəcək

23-02-2017, 20:01

Xeberman.com- n məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]