Xəbərlər / Media

FOX TV-nin yayımı dayandırıldı - Azərbaycanda

22-02-2017, 23:12

Yayım Milli Televiziya və Radio Şurasının göstərişinə əsasən dayandırılıb. Bu barədə Ailə Tv kanalı adlı səhifədə ilkin məlumat yayılsa da, sonradan təsdiqini tapdı.

“MTRŞ-nın göstərişinə əsasən, FOX Türk kanalının yayımı analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılmışdır. FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunacaq.” -məlumatda bildirilirdi.

Xatırladaq ki, FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakal canlı yayında Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsinə münasibət bildirərək olayı təhlil etmişdi.

Fatih Portakal Azərbaycandakı idarəçiliyi “Azərbaycan Tipi Başkanlık” adlandırmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]