Xəbərlər

Əsgərlər Şair və yazıçılar görüşəcəklər

14-02-2017, 17:29
Əsgərlər Şair və yazıçılar  görüşəcəklər
Müdafiə Nazirliyi (MN) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

MN-in mətbuat xidmətindən Xeberman.com -a bildirilib ki, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]