Əsas Səhifə / Kriminal

Zaqatalada 21 yaşlı qız dəm qazından zəhərlənib

20-12-2015, 07:48
Zaqatalada 21 yaşlı qız dəm qazından zəhərlənibZaqatalada dəm qazından zəhərlənmə baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 19-u saat 22:45 radələrində Zaqatala şəhəri, F. Əmirov küçəsi 42 ünvanında yaşayan Nərmin Əziz qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, 21 yaşlı Nərmin Rəcəbova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərmin Rəcəbovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]