Əsas Səhifə / Siyasət

İlham Əliyev Berndə Sarkisyanla görüşdü - YENİLƏNİB + FOTO

19-12-2015, 12:08
İlham Əliyev Berndə Sarkisyanla görüşdü - YENİLƏNİB + FOTOİsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da əvvəlcə İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.

Xeberman.com AzərTAc-a istinadən xəbər verir ki, görüşdən sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü oldu.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi də iştirak ediblər.

13:23

ATƏT-in Mİnsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter” səhifəsində paylaşıb.

Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.




Administratorla əlaqə

077 611-55-22

[email protected]