Əsas Səhifə / Ölkə

Sabah yağış yağacaq

4-09-2016, 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberman.com –a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturunun gecə  18-22° isti, gündüz  25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 761  mm  civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 5-də gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]