Əsas Səhifə / İqtisadiyyat

CONNECT TV Futbol üzrə Azərbaycan Çempionatı-Topaz Premyer Liqasının II Turu üzrə oyunları retranslyasiya edəcək

15-08-2015, 08:45
CONNECT TV Futbol üzrə Azərbaycan Çempionatı-Topaz Premyer Liqasının II Turu üzrə oyunları retranslyasiya edəcək
Azərbaycanın inkişaf edən efir-kabel operator televiziyası olan CONNECT TV və Azərbaycan Futbol Federasiyaları Assosiassiyası (AFFA) arasında razılıq əldə olunub.
Razılığa əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən CONNECT TV-yə Futbol üzrə Azərbaycan Çempionatı oyunları – Topaz Premyer Liqasının II Turunun CONNECT TV-nin yayımladığı C1 kanalında retranslyasiya edilməsinə dair hüquq verilib.
Eyni zamanda razılığa əsasən, gələcəkdə CBC SPORT kanalında yayımlanacaq oyunlar da CONNECT TV tərəfindən retranslyasiya ediləcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının II Turunun oyunları həftənin şənbə, bazar və bazar ertəsi günlərində saat 21:00-da CONNECT TV-nin C1 kanalında yayımlanacaq.
CONNECT TV Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidmətləri göstərir. Hazırda kabel operator televiziyası rəqəmsal və HD yayımda 6 dildə 3 növ kanallar paketində ümumilikdə 172 kanal yayımlayır.
Avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]