Əsas Səhifə / Media

Məşhur aktyor məşqdə çəkilən görüntüləri paylaşdı - VİDEO

14-02-2016, 14:19
Bu gün konsert proqramı ilə çıxış edəcək Türkiyənin tanınmış teatr və kino aktyoru Əmrə Kınay Bakıdadır.  

Musavat.com xəbər verir ki, sənətçi Heydər Əliyev adına Sarayda məşq zamanı çəkilən görüntülərini sosial şəbəkədə paylaşıb və azərbaycanlıları konsertə dəvət edib.

Sevgililər Gününə həsr olunan  tədbirdə sənətçini Özgür Sevinçin dirijorluğu ilə "Sinema simfoni” müşayiət edəcək.

Qeyd edək ki, Əmrə Kınay "İlan hekayəsi”, "İki ailə”, "Günəşi beklerken”, "Ah kalbim” və "Günəşin qızları” seriallarında baş rolları canlandırıb.
 
Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradıb və elə həmin ildə dünyaya gələn qızına da Duru adını qoyub. 

Əmrə Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində "İlin ən yaxşı aktyoru” mükafatlarını qazanıb.


Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]