Əsas Səhifə / Siyasət

“Məşəl kimi yanan ürək” – VİDEO

10-05-2015, 16:58
Demokratik Azərbaycan Dünyası (DADP) Partiyası ulu öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan “Məşəl kimi yanan ürək” adlı tədbir keçirib. Tədbirdə elm xadimləri, ziyalılar, partiya üzvləri iştirak ediblər.
Dövlət himni səsləndirildikdən sonra tədbirin aparıcısı Mehriban Sadıqova ümümmilli liderin keçdiyi həyat yolundan danışıb.
Əvvəlcə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.
Daha sonra söz partiyanın sədri Fatma Əliyevaya verilib. F.Əliyeva bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın həmin dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu: “Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib”.

“Məşəl kimi yanan ürək” – VİDEO
DADP sədri qeyd edib ki, hazırkı demokratik Azərbaycan respublikasının memarı olan Heydər Əliyev əbədi-bəşər şəxsiyyətdir. Onun həyata keçirdiyi islahatlar ölkəmizin iqtisadi qüdrətini artırdı, dövlətimizi dünyada tanıtdı.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə müstəqilliyimiz, əldə etdiyimiz nailiyyətlərlə fəxr edir, bu nailiyyətləri gündən-günə artırır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, dünyada öz sözünü deyə bilir. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyev dühası, onun uzaqgörənliyi və vətənini canından da artıq sevməsi dayanır.
Daha sonra ulu öndərə həsr edilən tamaşa göstərilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]