Əsas Səhifə / Dünya

Ərdoğan: Suriyada hava zərbələrinə son qoyulmayanadək, qaçqın axını dayanmayacaq"

5-02-2016, 09:29
Suriyada sülh bərqərar olmayanadək və hava zərbələrinə son qoyulmayanadək, Türkiyə Suriyadan qaçqın axınını dayandıra bilməyəcək. APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu  Ekvadorda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Bizim avropalı dostlarımız istəyirlər ki, Türkiyə qaçqın axınını dayandırsın. Axı hava zərbələri endirilərkən, biz bunu necə dayandıra bilərik?”, deyə Ərdoğan bildirib.  
 
Türkiyə prezidenti milyonlarla suriyalı qaçqının problemlərinin həllinə və ölkənin mədəni irsinin  çoxsaylı abidələrinin dağıdılmasının qarşısının alınmasına laqeyd yanaşdıqlarına görə BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO və BMT-nin YUNİSEF Uşaq Fondu daxil olmaqla, beynəlxalq qurumları tənqid edib.   

”Bizim region ağır dövr yaşayır, Suriyadakı böhran İkinci Dünya Müharibəsi dövründən bu vaxtadək ən böyük insanlıq faciəsi yaradıb”, deyə Ərdoğan bildirib.      
 
Qeyd edək ki, Türkiyə 2,7 mln suriyalı qaçqını qəbul edib.   

Administratorla əlaqə

077 611-55-22

[email protected]