Əsas Səhifə / Media

Avropa Jurnalistləri Federasiyasının baş katibi Rikardo Quterierrez:"Azərbaycanda jurnalistlər təzyiqlərə məruz qalır"

31-07-2023, 14:51
 
Avropa Jurnalistləri Federasiyasının baş katibi Rikardo Qutierrez (Ricardo Gutiérrez) Azərbaycanda media azadlığı, son keçirilən Şuşa Beynəlxalq Media Forumu barədə fikirlərini açıqlayıb. Onun fikirlərinin yer aldığı məqalə Avropa Jurnalistlər Federasiyasının rəsmi saytında (europeanjournalists.org) dərc edilib.
Məqalədə qeyd olunur ki, Azərbaycanda jurnalistlər polis zorakılığı, hərəkət azadlığının məhdudlaşdırılması, ifadə azadlığının repressiyası, yeni yaradılmış dövlət media agentliyi tərəfindən həddən artıq tənzimləməyə məruz qalırlar. Jurnalistlər düşmən mühitilə üzləşirlər. Beynəlxalq və Avropa Jurnalistlər Federasiyaları (IFJ-EFJ) müstəqil Azərbaycan jurnalistlərinin işinə dəstək olmaq və onların filialı olan Azərbaycan Jurnalistlər Birliyi JuHİ-ni dəstəkləmək məqsədilə 22-23 iyul tarixlərində Qarabağ bölgəsində keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edib, bunları Azərbaycan hökumətilə müzakirə ediblər. Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Bellanqer Birləşmiş Millətlər Təşkilatının yaxın aylarda jurnalistlərin qatillərini müdafiə edən cəzasızlığa son qoyacaq Jurnalistlərin Müdafiəsi və Təhlükəsizliyi Konvensiyasını qəbul etməsinin vacibliyini vurğulayıb və Azərbaycan hökumətini də bunu imzalamağa çağırıb.
Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez deyib ki, Azərbaycan hakimiyyəti dəfələrlə media azadlığının və jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı öhdəlik götürüb. Ona görə də biz onlardan ölkədə media azadlığının pis vəziyyətini nəzərə alaraq ciddi səylər göstərmələrini gözləyirik.
Məqalədə Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platformasında Azərbaycanla bağlı xəbərdarlıqlar narahatlıq doğurduğu vurğulanıb. Elmar Hüseynov və Rafiq Tağının qatillərinin hələ tapılmadığı, jurnalist və bloqqerlər Aslan Qurbanov, Polad Aslanovun, Əvəz Zeynallının, Rəşad Ramazanovun, Elnur Şükürovun, Osman Nərimanoğlu Rzayevin həbsdə olduqları vurğulanıb. Söyüdlü hadisəsi zamanə jurnalistlərə təzyiq və 35 media əməkdaşının təzyiqlərlə qarşılaşdığı da qeyd olunub. Entoni Bellancer tərəfindən Azərbaycan, Ermənistan hakimiyyətlərinin jurnalistləri Qarabağa təhlükəsizlik bəhanasilə ancaq xüsusi icazə ilə buraxmaları tənqiq edərək Ukrayna, Suriya və İraqda jurnalistlərin müstəqil şəkildə döyüş bölgələrinə səfəri xatırladılıb.  
Bellanger deyib:
- Biz EFJ GS və JuHI prezidenti ilə birlikdə jurnalistlər olaraq Şuşadan 10 km məsafədə yerləşən beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin əsasən etnik ermənilərin məskunlaşdığı Xankəndi/Stepanakert şəhərinə çatmağa çalışdıq. Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşən qəsəbə blokadadadır. Amma hökumətin göstərişinə uyğun olaraq keçməmizə mane olan Azərbaycan ordusu oldu.
Məqalədə Azərbaycan mediasının reyistrə alınması ciddi tənqid olunub və bildirilib ki, bu tələb ləğv edilməlidir. Kimin jurnalist olub olmadığına hökumət qərar verə bilməz. Media azad olmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]