Əsas Səhifə / Siyasət

Əlisahib Hüseynovun “DADP”-sı ifşa olunur – FAKTLAR

17-03-2015, 09:58
Əlisahib Hüseynovun “DADP”-sı ifşa olunur – FAKTLAR
Parlament seçkiləri sifarişlə yox, seçki ilə müəyyənləşdirilir.
Qeyri-legitim partiya sədrinin dəstə üzvləri yenidən aranı qarışdırmaq istəyirlər.
Son vaxtlar bəzi saytlarda özünü DADP sədri kimi təqdim edən Əlisahib Hüseynovun adından bəzi məqalələr dərc olunur. Qeyd edim ki, bu adamın bizim partiyamızın adından çıxış etmək hüququ yoxdur. Əslində həmin məqalələrdən Ə.Hüseynovun özünün də məlumatı yoxdur. Bu məqalələri təşkil edib yayanlar bizim partiyamızdan qovulan bir neçə admın işidir. Onlar eşidiblər ki, Ə.Hüseynovun bir az pulu, var-dövləti var,ona görə də onun ətrafına toplaşaraq pulundan yararlanmaq istəyirlər. Yaxşı deyiblər ki, “Milçək şirəyə toplaşar”. Milçəyin isə ürək bulandırmaqdan başqa ayrı peşəsi yoxdur.
2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində də belə bir təxribatla qarşılaşmışdıq. O zaman hüquq mühafizə orqanlarına müraciət edərək bildirmişdik ki, partiyamızın sıralarından qovulanlar bir yerə toplaşaraq Azərbaycanda sabitliyi pozmaq və prezident seçkiləri ərəfəsində ölkəmizdə qarşıdurma, parçalanma yaratmaq istəyirdilər. Bu işdə partiyamızın keçmiş mətbuat katibi Esmira Şükürova fəallıq göstərərərk qondarma DADP sədri Əlisahib Hüseynov və onun guya icraçı katibi olan Gürcüstan vətəndaşı Sevda Xurşudovanının ifşa olunmasında və Nəsimi Rayon Polis İdarəsi tərəfindən zərərsizləşdirilməsində böyük rol oynamışdı. İndi isə məlum olur ki, Esmira Şükürova bir vaxtlar ifşa etdiyi Əlisahib Hüseynovun yanındadır və bu gün onun təxribat xarakterli əməllərini təbliğ etməklə məşğuldur. Esmira Şülkürovanın Əlisahib Hüseynov haqqında dediklərini bir daha diqqətinizə çatdırırıq: “Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı dağıdılıb. Partiyanın sədri Əlisahib Hüseynov həbs olunub. DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilib.
Bu məlumatı virtualaz.org saytına 2013-cü ildə DADP-nin Fatma Əliyeva qanadının mətbuat xidmətinin rəhbəri Esmira Şükürova verib. Bu barədə bu gün özünün facebook hesabında da yazan E.Şükürova saytımıza açıqlamasında bildirdi ki, DADP-nin Rəşid Behbudov küçəsi 15, 31/64 ünvanında yerləşən baş qərargahı Daxili İşlər Nazirliyini əməkdaşları tərəfindən nəzarətə götürülüb”. Fatma Əliyevanın rəhbərlik etdiyi qanadın mətbuat katibi Esmira Şükürova Azadlıq Radiosuna bildirib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürənlər (Ə.Hüseynov və onun kiçik dəstəsi) vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradan şəxslərdir: “13 oktyabr 2012-ci ildə biz qurultay keçirmişik, həmin qurultayda Fatma Əliyeva partiyanın sədri olub. O sədr olandan sonra partiyada təmizləmə işləri aparıb. Həmin vaxt partiyadan xaric olunanlar sonradan eyni adla partiya “yaradıblar”.
“Azadlıq” Radiosu, 23 iyun 2013-cü il, “Yeni Müsavat” qəzeti, 13 iyun 2013-cü il, qaynar.info, 23 iyun 2013-cü il.
Qarşımda “Azadlıq” qəzetinin 2013-cü il 26-27 tarixli nömrəsi var. Həmin qəzetin 8-ci səhifəsində dərc olunan“İqtidar düşərgəsində namizəd davası” adlı məqaləsində verilmiş şəkildə DADP sədri Fatma Əliyevanın yanında oturan, bu gün qondarma partiya sədri Əlisahib Hüseynovun ətrafında fırlanıb onu partiya sədri kimi təqdim edən həmin Esmira Şükürovadır. Həmin məqalədə müsahibə verənlər isə Ramiz Orucov və Sevda Xurşudovadır. Onların müsahibələrindən əsas məqamları xatırladırıq.
Ramiz Orucov: ”13 oktyabr 2012-ci ildə partiyamızın qurultayı keçirilib və Fatma xanım sədr olduqdan sonra qısa müddətdə partiyanın daxilində təxribatçı qüvvələrin olduğu üzə çıxıb. Fatma Əliyeva təmizləmə işləri aparıb və həmin qüvvələr partiyadan uzaqlaşdırılıb. Bu gün həmin qüvvələr yenə DADP –nin adından təxribatla məşğuldur”.
Sevda Xurşudova: “2012-ci ildə Məmməd Əlizadə partiyadan istefa vermişdi. DADP-nin icraçı katibi kimi bütün işləri də mənə tapşırmışdı. Biz onda qurultay keçirdik, Fatma Əliyevanı sədr seçdik”.
Təəssüf edirik ki, bu sözləri deyənlər bir il sonra DADP-yə heç bir aidiyyatı olmayan Əlisahib Hüseynovun ətrafına toplaşaraq bu dəfə partiya sədrinin Əlisahib Hüseynov olduğunu iddia edirlər. Bunun da əsas səbəbi Ə.Hüseynivun pulunun çoxluğudur.
Ə.Hüseynov və onun dəstəsinin 2013-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycanın inkişafını gözü götürməyən qrupların ölkədə qarşıdurma, çaxnaşma və parçalanma yaratmaq cəhdlərini yəqin ki, heç kim unutmayıb. Bu il keçiriləçək parlament seçkiləri ərəfəsində həmin təxribatçı qüvvələr yenə də antimilli qrupların sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Qondarma partiya sədrinin ətrafına toplaşanlar deyirlər ki, guya artıq hakimiyyətlə razılaşma əldə olinub və Əlisahib Hüseynov Qubadlı rayonundan deputat seçiləcək. Onların iddiasına görə, bu ilin sonunda keçiriləcək seçkinin elə bir əhəmiyyəti yoxdur. Saxta DADP-çilər iddia edirlər ki, guya artıq payızda keçiriləcək parlament seçkilərində kimlərin qalib olacağı indidən müəyyənləşdirilib. Onların deməsinə görə, guya Əlisahib Hüseynov artıq deputatdır, Esmira Şükürova isə onun köməkçisi. Görünür E.Şükürova unudur ki, 60 yaşlı qadını deputata köməkçi təyin etməyə Nizamnamə yol vermir.
Təbii ki, bu da növbəti bir təxribatdır. Bu yalanlar parlament seçkilərinin saxta və qeyri-demokratik keçiriləcəyi barədə indidən rəy formalaşdırmaq məqsədi güdür. Azərbaycanda keçirilmiş parlament seçkiləri həmişə beynəlxalq aləmin diqqət mərkəzində olub və seçkinin qalibləri də səsvermənin nəticələrindən sonra müəyyənləşdirilir. Ona görə də belə təxribat xarakterli məlumatlara inanmayın və bunun DADP-yə heç bir aidiyyəti yoxdur.
Onu da qeyd edək ki, indi də Ə.Hüseynovun ətrafında fırlanan E.Şükürova yalan məlumat yayaraq demişdir ki, guya saxta partiya sədri Ə.Hüseynov Qarabağ qazisidr və o, ermənilərin tankını partladıb. Sonra hiss etdilər ki, bu informasiya lap ağ yalan oldu və bu xəbəri təkzib edərək dedi ki, Əlisahib Hüseynov kəşfiyyatçı olub. Biz sonuncu məlumata daha çox inanmaq istərdik. Ə.Hüseynov kəşfiyyatçı ola bilər. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan xəyanətkarların ölkəmizdə aranı qarışdırmaq üçün göndərdiyi kəşfiyyatçı. Bu”kəşfiyyatçı” artıq ifşa olunub.
Elnur Məlikov
DADP Analitik Araşdırma Qrupunun rəhbəri

Administratorla əlaqə

077 611-55-22

[email protected]