Əsas Səhifə / Avto

"AA" seriyalı nömrələri minlərlə manata kimlər satır? - Maşın bazarında işbazların fəndi

12-04-2018, 18:29
Azərbaycanda məşhur elan saytlarının birində "AA" seriyalı avtomobil nömrəsi 17 000 Azn-ə satışa çıxarılıb.

Faktor.Az xəbər verir ki, qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini dövlət qeydiyyat nişanı üstündə sata bilər. Yol hərəkəti qanunun 27-ci və 29-cu maddəsilə avtomobil üzərində nömrə ilə satıla bilər. Amma nömrəni ayrıca satmaq qanunla qadağandır. Saytda elanı verən şəxslə əlaqə saxlayıb, nömrəni almaq istədiyimi, lakin hüquqi şəxs olmadığı bildirdim. Elanı verən şəxs heç bir narahatlığın olmadığını və nömrəni rahatlıqla ala biləcəyimi bildirdi.Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynova üz tutduq. Ekspert bildirdi ki, Azərbaycan Yol hərəkəti haqqında qanunvericilikdə hüquqi və fiziki şəxslərə necə nömrə verilməsi ilə bağlı məlumat yoxdur: "Azərbaycanın Yol hərəkəti haqqında qanunvericiliyində dəqiq olaraq hansı nömrələr hüquqi və fiziki şəxslərə veriləcəyi barəsində qanun yoxdur. Onu Dövlət Yol Polisi özü müəyyən edir ki, kimə hansı nömrəni verə bilər. Qanunda bu barədə məlumat yoxdur". Azərbaycan Dövlət Yol Polisinin qaynar xəttindən verilən məlumata görə isə "AA" seriyalı dövlət nişanlı nömrələr yalnız fiziki şəxslərə verir:" "AA" seriya nişanlı avtomobil nömrələri yalnız hüquqi şəxslərə satılır. Bu cür nömrələrin fiziki şəxslərə satışı qəti qadağandır. Nömrələrin qeydiyyatı Dövlət Yol Polisi idarəsində aparılır. Orda bu seriyalı nömrələr dövlət tərəfində qoyulan rüsumları ödəməklə yalnız hüquqi şəxslərə verilir".

Administratorla əlaqə

077 611-55-22

[email protected]