Əsas Səhifə / Siyasət

“Tezliklə işğal olunan ərazilərimiz geri qaytarılacaq”

13-03-2015, 12:34
“Tezliklə işğal olunan ərazilərimiz geri qaytarılacaq”
“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunan torpaqlarımızı tezliklə azad ediləcəyi bəyanatından qorxan ermənilər son günlər yenidən cəbhə xəttində təxribat törətmək planlarıni işə salıblar. Bu isə hər dəfə onlara baha başa gəlir”.
Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin son vaxtlar Azərbaycana qarşı ittihamlarını gücləndirməsinin arxasında da təşviş var: “Dağlıq Qarabağda erməni ordusunun verdiyi itkilərin əsl səbəbini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurulur, Ermənistan Azərbaycan ordusunun öz taktikasını dəyişərək guya tez-tez atəşkəsi pozduğunu iddia edir. Reallıqda isə münaqişə zonasında sükutu həmişə erməni hərbi birləşmələri pozub. Bu dəfə onlar daha çox müqavimətlə üzləşiblər ki, bu da müəyyən çaşqınlıq yaradıb”.
DADP sədri onu da qeyd edib ki, Azərbaycan Ordusunun güclənməsi və Ali Baş Komandan İlham Əliyevin ordunun Azərbaycanın işğal altında olan torpaqlarını müharibə yolu ilə də geri qaytarmaq iqtidarında olduğunu deməsi rəsmi İrəvanı hər an təşvişdə saxlayır: “Bu gün Ermənistan çaşqınlıq içindədir. O, cəmiyyətdəki problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif təxribatlara əl atır, xüsusən də cəbhə xəttində. Amma Azərbaycan ordusu ermənilərin təxribatlarının qarşısını alır, ermənilər hər dəfə böyük itkilər verərək geri çəkilmək məcburiyyətində qalırlar. Erməni əsgərlərinin ölümü isə Sarkisyan hakimiyyətini çalxalamaqdadır. Son aylar Əsgər Anaları Komitəsi üzvlərinin Sarkisyan administrasiyasına hücumları, ondan cəbhə xəttində öldürülən oğullarını tələb etmələri, bu aksiyaya cəmiyyətin digər qurumları tərəfindən dəstək verilməsi Sarkisyanın vəziyyətini daha da ağırlaşdırıb”.
F.Əliyeva Azərbaycan Ordusunun erməni rəsmilərinin özləri tərəfindədn də gücləndiyinin etiraf edildiyini diqqətə çatdırıb: “Müdafiə naziri Ohanyanın özü də güclü Azərbaycan Ordusunun yarandığını etiraf edib. Bu günlərdə isə xarici işlər naziri Nalbandyan Azərbaycanın hərbi cəhətdən Ermənistandan güclü olması faktını etiraf edib. Sloveniyanın “Delo” qəzetinə müsahibə verən diplomat deyib ki, son 10 il ərzində Azərbaycan öz hərbi xərclərini 163 milyon dollardan 5 milyard dollara qədər artırıb. Sitat: “Dünya ölkələri sırasında Azərbaycan kimi öz hərbi xərclərini 30 dəfə artıran 2-ci ölkəyə rast gəlmək qeyri-mümkündür. Ancaq bir şey bəllidir ki, bütün müharibələrin sonu danışıq masası ətrafında qurtarır”. Nalbandyan yaxşı dərk edir ki, əgər danışıqlar bir nəticə verməzsə və Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, onda rəsmi Bakı silaha əl atacaq və tezliklə işğal olunan ərazilərimiz geri qaytarılacaq. Buna Azərbaycan Ordusu qadirdir. Bu yaxınlarda “Global Firepower” saytının dünyanın ən güclü ordularının siyahısında Azərbaycanın adını salması dediklərimizi əsaslandıran amillərdəndir. Torpaqlarımızın işğalı isə Ermənistan və onu himayə edən supergüclərin məğlubiyyəti demək olacaq. Ona görə də Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]