Əsas Səhifə / Ölkə / Kriminal

Neftçalada məktəb direktorunun müavini özünü yandırdı - BORCA GÖRƏ

7-01-2016, 10:08
 Neftçalada məktəb direktorunun müavini özünü yandırdı - BORCA GÖRƏ
 
Novruzovun külli miqdarda borcu var.

Neftçala sakini özünü yandırıb.

Mediaxeberleri.az 
xəbər verir ki, Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O buna görə özünə qəsd edib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]