Əsas Səhifə / Dünya

BMT Yəməndə ölənlərin sayını açıqladı

5-01-2016, 17:39

 

 

 

Regionda mövcud olan qısamüddətli atəşkəsə baxmayaraq, dekabrda Yəməndə ən azı 81 nəfər həlak olub.

 

xeberman.com RİA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı BMT-nin İnsan Haqları üzrə Ali Komissarının mətbuat katibi Rupert Kolvill bildirib.

 

Verilən məlumata görə, dekabr ayı ərzində hava hücümları zamanı ən azı 62 dinc vətəndaş həlak olub, 11 mülki sakin husilər və onların müttəfiqləri tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində dünyasını dəyişib. Digər 8 mülki vətəndaşın ölümünə səbəb olan qüvvələri müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

BMT-nin məlumatına görə, Yəməndə münaqişə başlanan vaxtdan bu günədək ən azı 2.795 mülki vətəndaş həlak olub, 5.324 nəfər isə yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]