Əsas Səhifə / Maraqlı

Adnan Oktar: Azərilər bizimlə ermənilərin arasını vurmağa çalışdı-VİDEO

4-01-2016, 15:11
Adnan Oktar: Azərilər bizimlə ermənilərin arasını vurmağa çalışdı-VİDEOTürkiyədə özəl verilişləri ilə daim əxlaqsızlığı və dini ayrı-seçkiliyi yayımlayan Adnan Oktar ermənilərlə türklərin qardaş olduğunu və onların arasını azərilərin vurmağa çalışdığını dilə gətirib.

İnterpress.az-ın verdiyi xəbərə görə, Adnan Oktarın verilişlərindən birinə dəvət etdiyi amerikalı erməni Riçard Giragosian qatı millətçiliyi ilə bütün dünyada tanınır. 

ABŞ-da doğulan bu erməni nədənsə Türkiyənin baş naziri Əhmət Davutoğlunun və milliyyətcə yəhudi olan Adnan Oktarın diqqətini çəkmiş və onlar təbliğata başlamışlar. Ə.Davutoğlu Riçardı Türkiyəyə dəvət edib və onunla təkbətək görüşüb. 

Bu erməni daha çox Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına can atır. Azərbaycanda da səfərdə olduğunu deyən R.Giragosian ikibaşlı açıqlamaları ilə daha qatı erməni olduğunu ortaya qoyur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]