Əsas Səhifə / Yazarlar

Sənə elə gəlir həyat işığın yanır, və o səni qızındırır.

28-12-2014, 17:24



Bunula ruhuna əsən küləklərin fərqinə varmadan, ölmüş sevgi cəsədləriylə birgə səndə uyuyarsan. Bir vaxtki ayılıb həyatında günəş deyil ay görəndə- sən demə düşündüyündən çox yatıbsanmış. Və düşündüyündən daha artıq itirmisən. Səninlə qalansa acizliyin və mən eqosunun səni məhv edən güvənsizliyinin bulanıq xəyal kadırlarıdı. Artıq özün sənə həyat verən işığın varlığını istəmirsən, əzildin, unuduldun, bir daha. Özün öz daxilində ruhunla qalanda nə qədər güclü olduğunu anlayırsan.
-Hey, neynədiyinin fərqinə varırsan? Biraz daha önə ,bax bu həyatdı.
-Xoş gördük, sevincim.
-Düşünürəm o sənə daha cox kədər gətirəcək.
-Kədər?!
-Bəli, Kədər! Hər gözlərini açanda səni cənnətdə qarşılayacaqlar duyğusuyla yaşadığın kədər.
Daha sonra hiss etməyə başladığın özünəməxsus daxili sıxıntın və ağrılar bu həyatdan olduğunu xatırladır. Daha sonra onun adı ilə qarşılaşarsan. Bir daha və bir daha. Oyanar yenə uyuyaraq
itirdiyin vaxtın fərqinə varmadan onun adını eşidərsən. Burnunda bu həyatın zəhərli qoxusu, qulağında ruhuna vahimə salan səsi. Dilindəsə artıq ucalığı və müqəddəsliyi qədər cılızlaşan sevgi sözləriylə. Bəli, sən yenidən oyandın, hər şey yenidən başlayacaq, bir müddət sonra hər kəs səni anlayacaq, hər şey öz dəyərini qazanacaq ümidiylə. Çünki sən İnsansan! Daha sonrakı oyanış, bunlar sənə nə gətirir? Hər dəfə gözlərini açanda yerinin dəyişildiyini görürsən, ruhuna batan acı tellər və zəhərli iynələrsə öz yerində. Bunların arxasında bütün günü yeni bir ümidlərin doğacağını və yaxud hər şeyin bitməsi ilə ölümü gözləyirsən. Bunu ancaq mən düşünə bilərdim. Məhz bu ağrılı günlərdən sonra ümid şəfəqləri saçılanda, hər şeyin yeni başlanğıcını görəndə, elə gözləmədiyiniz gündə tükənişinizi hiss edəcəksiniz. Bəlkədə bu psixi baxımdan keçirtdiyin normal günündür. Hər kəs birgədir, bütün sevgi dolu ruhlar pərvazlanır ətrafımda. Buranın necə fərqli yer olduğunu anlamadan belə. Hər şey əzici məhv edən sükutunda, hər kəssə daxilini gizlədirmiş kimi davam edir. Artıq bir ömür keçıb! Düşünəndəki Əgər seçim imkanım olsaydı, əgər hər şeyi olduğu kimi anlasaydım kaş... Bəlkədə mən onların elə belə olmasını istəmişəm. Bəlkədə heç seçim yoxdur?!
Halbuki bir səbr və inamla yeni cığır açacaqdın. Sən ,ölüm çarpayısında bağlanmısan. ... Və, yanındakı boş çarpayılar... Səmada ulduzlar, dağların arxasından boylanan ay! Bu həyatda sənin idi!
- İndisə özünü ələ al. Sən verdiyin qərarlara sadiq qalcaq qədər güclüsən, indisə yatmağa davam et, İnsan!


Tahmasib Məmmədov

Administratorla əlaqə

077 611-55-22

[email protected]