Əsas Səhifə / Yazarlar

Bir az Tanrı olmaq istəmişdim

22-12-2014, 22:38
Bir az Tanrı olmaq istəmişdim
Bu gün bütün Tanrıları inkar etdim.
Eyvandakı göz yaşlarım "səbəb" adlanırdı.
Nəyə küsdüm bilmədilər,
Niyə susdum anlamıram söylədilər..
Biraz Tanrı olmaq istəmişdim,
Biraz insan olduğumu anlamışdım.
Biraz sərt küləyə qarışıb fəsil adlanırdım
Biraz yağışlardan həvəs adlı insan axtarırdım..
Biraz yanılmışdım, biraz kimsəsizdim
Biraz dağılmışdım.. Biraz çarəsizdim.

Bağışla, Tanrım mənim.
Biraz dəli olmuşdum bu gün.

Əli Namazov


Elə o gündən şair oldum


Elə məndə yalan dedim,
Elə məndə yalan idim.
Zatən şairlərin işi yalan yazmaq..
Biraz gecə, biraz şeir, biraz şerab
Sevməz heç kim səni kağızların qədər
Yazdıqların səninmi, deyilmi? bilmirəm.
Çox sevilir şeirlerin, sənsə sevgisizsən..
Sənsə kimsəsizsən,
Güzgülərdə möhtəşəm bir təkliyin dayanır
Öz-özünə suallar yaranır.
Ya sən məni, ya mən səni aldadıram
Uzun gecələrdə gözəl duyğular yazıram
Gözəl hərflər düzürəm..
Ömür şərabından dərd süzürəm
Hardan gəlmişəm mən?
Kağızlarda nə gəzirəm..
Bax, dünyaya nə gözəl rəng qatıram
Dizlərimin ağrısından yalan satıram
Yalnızlığın qoxusu çöküb üst başıma
Gözlərimdə yorğunluğun son nəfəsi
Sözlərimdə ümidlərin son həvəsi
Hardan gəlib, hara getdiyi bilinməyən
Saniyədən qorxan saatların yalanıyam mən
Biraz Tanrı yalnızlığından pay alsaydım
Biraz uzun-uzun, əsirlərlə qocalsaydım
Məndə xoşbəxt olardımmı Tanrı qədər..

Administratorla əlaqə

077 611-55-22

[email protected]