Əsas Səhifə / Gündəm

Cavid Qurbanovun “qara kassiri” Babaşov

29-12-2015, 12:39

Oktyabrın 17-də dövlət başçısının sərəncamı ilə işdən azad edilən mili təhlükəsizlik naziri Eldar mahmudovun sahibkarlara, sadə vətəndaşlara etdiyi zülmə görə ətrafında olan hər kəs dindirildi. Xeyli insan həbs olundu.

Prosses Milli Təhlükəsizlik Nazirliyindən, Vergilər Nazirliyinə, rabitə sektoruna qədər böyük bir arealı əhatə elədi. Bu gün də prosses davam etməkdədir. İstintaq tədbirləri həyata keçirilir. İllərlə Azərbaycan sahibkarlarına divan tutan, onları şantaj edərək pullarını alan xeyli sayda insan həbs olunub və məlumatlara əsasən prosses davam edəcək.

Yayılan informasiyaya əsasən prosses Vergilər Nazirliyində sahibkarlara divan tutan daha böyük şəbəkənin çözülməsi ilə davam etdiriləcək. Bir qədər əvvəl Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olan Vidadi Məmmədov həbs edilmişdi. Məhz «MTN işi» ilə bağlı olaraq işdən çıxarılandan dərhal sonra həbs edilən Vidadi Məmmədovun sahibkarlara qarşı amansız davranışları, təzyiq, şantaj yolu ilə pul tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı dindirildiyi bildirilir.

Proseslərin təhlili göstərir ki, sahibkarlara divan tutan bir sıra iriçaplı məmurlar hələ də azadlıqdadır. Onların bir çoxunun adı ictimaiyyətə az bəlli olsa da, əslində ciddi təhlıükə mənbəyidirlər. Bunlardan biri də adı mediada "Cavid Qurbanovun kassiri” kimi tez-tez hallanan, Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə rəis müavini işləyən Babaşov Rəcəb Abas oğludur.

Rəcəb Babaşov nəinki paytaxtda, hətta regionlarda da böyük biznes imperiyasının olduğu bldirilir. Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda prestijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var. Və Rəcəb Babaşovun bu şəkildə yüksəlməsində ən mühim rolu da məlum MTN-çilərin oynadığı söylənilir.

Onun hazırda Dövlət Dəmir Yolları QSC-nin rəisi olan Cavid Qurbanovla yaxın olduğu və Qurbanovun biznesini yönəltdiyi barədə də mətbuatda yazılıb. Lakin saytımıza daxil olan informasiyaya əsasən Rəcəb Babaşov yuxarılarda özünə böyük dayaqlar əldə edərək böyük biznes imperiyası qura bilib. Maraqlı məqamlardan biri də nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun R.Babaşovun qızı ilə ailə həyatı qurduğu haqqında əldə etdiyimiz informasiyadır. Amma iki rəqib oliqarxın vergidəki "ortaq qohumu” kimi tanınan R.Babaşovun sahibkarlarla davranışlarında yol verdiyi amansız təzyiq metodları artıq onun karyerasının bitirilməsi ilə sonuclana bilər.

Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri yüz milyonlarla ölçülən əmlakına, o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, ölkəni böhrana sürükləyən, sahibkarların normal fəaliyyətini iflic edən əsas məmurlardan biri də odur.

Onun

– Sabirabad Rayonunun Qaralar kəndindəki iki milyonluq iqamətgahı,
– Bayıldakı Aran restoranı və Aran kafesi–
– Bakıdakı "077-lər” adlı avtoyuması,
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı,
– əlavə olaraq Bakıda 4 evi,
– o cümlədən Türkiyə və Almaniyada milyonlarla dövriyyəsi olan biznesi,
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə
nəzər salsaq görərik ki, doğrudan da bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib.

Belə deyilsə, bu sərvət onda hardandır?

Administratorla əlaqə

077 611-55-22

[email protected]