Dünya

İŞİD-çi qadınlar kişilərdən daha pisdir - Yezidi

4-11-2016, 12:11
İŞİD-çi qadınlar bizə qarşı kişilərdən daha pis davranırdı. 3 uşağın bu cür qadınlar tərəfindən zəhərləndiyini bilirəm.
 
Axar.az xəbər verir ki, bunu İŞİD əsirliyindən xilas olan Zeynəb adlı yezidi qadını "Sputnik"ə açıqlamasında deyib.
 
"Qadınlar cariyələr və onların uşaqlarına çox sərt davranırdılar. Terrorçu qadınlardan birinin 2 yaşlı qız uşağını pəncərədən asdığının şahidi olmuşam. Cinsi istismara məruz qalan bəzi kölə qızlar isə intihar etməyi üstün tuturdu. Məni Əbu Cəfər adlı terrorçuya satmışdılar. O, mənim üçün Səudiyyə lideri Əbu Əli Harbiyə 130 min dollar ödəmişdi”, - Zeynəb bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]