İqtisadiyyat

Azərbaycanda bu siqaretlər yenidən bahalaşdı - Qiymətlər

3-11-2016, 01:45
Azərbaycanda bu siqaretlər yenidən bahalaşdı - Qiymətlər

Marketlərdə "Viceroy” (compact) və "Winchester”-in (compact) satış qiyməti 10 qəpik bahalaşıb.

Belə ki, Viceroy (compact) – 1.50 AZN-dən 1.60, Winchester (compact) – 1.50 AZN-dən 1.60 AZN-ə qaldırılıb.

Əldə etdiyimiz məlumata görə digər markalı siqaretlərin də qiymətinin bahalaşacağı ehtimal edilir.

Buna səbəb isə dünən Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında dolların məzənnəsinin artmasıdır. Nəticədə bu günün məzənnəsi 1,6471 AZN/USD səviyyəsində təsdiqlənib. Bu isə Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olub./Unikal.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]