Ölkə

Bərdə təhsilində 1 milyonluq yeyinti

29-10-2016, 04:31
Ötən il yoxa çıxan pulları kim talayıb?

Ötən il Bərdə rayonunun Təhsil şöbəsinə rayonda təhsilin inkişafı üçün ayrılmış
1 milyon manatdan artıq vəsaitin böyük hissəsi icra başçısı Vidadi İsayev və
rayon Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov tərəfindən mənimsənilib. Bu
barədə Bərdə rayonundan daxil olan məlumatda bildirilir ki, rayon təhsil
şöbəsinin rəhbəri Rzaquli Şərifov icra başçısı Vidadi İsayevə arxalanaraq hər
ay dövlətin on minlərlə manat vəsaitini çapıb talayır. Qeyd edək ki, Bərdə Təhsil
Şöbəsinin nəzdində 75 ümumitəhsil məktəbi, 11 əsas, 5 ibtidai, 5 məktəbəqədər
təhsil müəsissəsi fəaliyyət göstərir. Eyni zamanda bu təhsil müəsissələrində 6
mindən çox müəllim çalışır. 
Daxil olan məlumata əsasən, Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən R.
Musayev adına Bərdə Şəhər inkluziv təhsil komponentli günüuzadılmış ümumitəhsil
tam orta məktəbinə ayrılan 200 min manatdan çox vəsaitin necə xərclənməsini
Rzaquli Şərifov və adı keçən məktəbin direktoru daha yaxşı bilirlər. Bu təhsil
müəsiəssəsinə ayrılan vəsaitlər digər alışlar, xidmətlər, və sair xərclər,
ərzaq malları, odun yanacağı və başqa adsız avadanlıqları adı altında
sənədləşdirilib. Həmin avadanlıqların heç biri isə demək olar ki, alınmayıb.
Sadəcə 200 min manat vəsait nəğdləşdirilərək mənimsənilib.
Bildirilir ki, günüuzadılmış bu məktəbin vasitəsi ilə təhsil şöbəsinin müdiri
Rzaquli Şərifov hər il külli miqdarda vəsait qazanır. İnformasiyalı şəxs onu da
qeyd edir ki, keçən il Bərdə təhsil şöbəsinə ayrılan 1 milyon manata yaxın
vəsait ayrılıb və vəsaitlərin xərclənməsinə cavabdeh təhsli şöbəsinin müdiri
olub. Amma ayrılan bu dövlət vəsaitinin böyük hissəsi də mənimsənilib. Belə ki,
qeyd olunan 1 milyon vəsait dəftərxana ləvazimatları (30 min), digər maşın
avadanlıqları (150 min), digər avadanlıqlar (160 min), bərk yumşaq invertarlar
üçün (500 min) və sair xərclər (50 min) adı altında sənədləşdirilib. Yenə
göstərilən alış-verişin böyük hissəsi ancaq kağız üzərində həyata keçirilib və
yenə də ayrılan vəsait nəğdləşdirilərək mənimsənilib.
Məlumatda həmçinin göstərilir ki, təhsil şöbəsinin müdirinin əsas qazanc
mənbəyindən biri ümumitəhsil məktəblərdə və məktəbəqədər 5 müəsissədə işləyən
bir çox müəllimlərin dərs saatlarının şişirdilməsidir. Belə ki, dil-ədəbiyyat,
riyaziyyat, tarix, coğrafiya və əsas dərs fənnləri təhsli şöbəsinin razılığı
əsasında məktəb direktorları tərəfindən şişirdilərək ay ərzində on min
manatlarla artıq vəsait əldə edilir. Bu vəsaitlərin müəyyən faizi məktəb
direktorlarına, yerdə qalanı isə Rzaquli Şərifova çatır. 
İddiaya görə Bərdə təhsil şöbəsi müdirinin başqa bir qanunsuz əməli isə saxta
diplomlu müəllimlərin işə götürülməsidir. Belə ki, qeyri qanuni yollarla diplom
alan, yaxud kollecləri bitirən şəxslər təhsil şöbəsinin müdirinə 3000-4000
manat arası rüşvət verərək kənd məktəblərində müəllim kimi işə qəbul olunurlar.
Bundan başqa Bərdə rayonun bir çox kəndlərində elə məktəblər var ki, şagird
sayı sadəcə dərs jurnalındadır. Yəni məktəbə oxumağa gələn şagirdlər yoxdur
sadəcə adları yazılıb ki, oxuyurlar. 
Məlumatda o da xüsusi olaraq vurğulanır ki, təhsil şöbəsinin bir çox
maxinasiyalarından xəbərdar olan icra başçısı Vidadi İsayev Rzaquli Şərifova
aylıq "hesab” təyin edib. Təhsil şöbəsinin müdiri əldə ay ərzində etdiyi
qazancın 50-60 faizini icra başçısına verir. 
Bərdədə bərbad vəziyyətdə olan sahələrdən biri də səhiyyədir və icra başçısı
rayon səhiyyəsinin də bərbad gündə olmasından xəbərdardır. Amma rayon
xəstəxanalarında baş verən yeyintilərdən öz şəxsi maraqları üçün istifadə edir.
Vidadi İsayevin Bərdə rayon səhiyyəsində baş verən qanun pozuntularına göz
yumması ilə bağlı redaksiyamıza göndərilən məlumatları araşdırdıqdan sonra
oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]