İqtisadiyyat

SOCAR-ın sirli “Xaqani Bəşirov”u kimdir? - sensasion iddialar

15-10-2016, 23:06
SOCAR-ın sirli “Xaqani Bəşirov”u kimdir? - sensasion iddialarAzərbaycan Beynəxalq Bankının həbsdəki rəhbəri Cahangir Hacıyevin 5 milydarını offşor zonaya köçürən, hazırda Lüksemburqda yaşayan adamı Xaqani Bəşirovun prototipi SOCAR-da da var imiş. 

Politika.Az-ın Araşdırma Qrupunun yaydığı məlumata görə, SOCAR-ın X.Bəşirov qədər sirr dolu şəriki Anar Əliyev analoji siyasəti xaricdə həyata keçirir. 

Doğrudur, SOCAR-ın milyonları offşor zonalar transfer olunmur. Lakin A.Əliyevin şirkətləri ilə əməkdaşlıq çərçivəsində milyardlarla neft pulları ölkədən çıxarılır. Bu mənada A.Əliyevi SOCAR-ın X.Bəşirovu adlandırmaq da olar. 

İddialara görə, Dövlət Neft Şirkəti xaricdə mənzillənmiş A.Əliyevin başı üstündə əsir, onun üçün dəridən-qabıqdan çıxır, bu mübhəm iş adamını hərtərəfli mühafizə edir, informasiya blokadası qurmağa cəhd edir. 

Məqsəd onu kifayət qədər ictimaiyyətdən gizlətmək və beynəlxalq diqqətdən kənarda saxlamaqdır. Baxmayaraq ki, SOCAR buna bir o qədər də nail ola bilməyib.
Çünki Global Witness şirkəti A.Əliyevin portretini çılpaq şəkildə çizib və onun fəaliyyətinin bütün şaxələri təfsilatı ilə açıqlanıb. Bununla belə, A.Əliyev gündəmdən çıxarılıb. Ondan pıçıltı ilə danışırlar. 

Politika.Az-ın məlumatına görə, C.Hacıyev də məhkəmə çıxışlarında 5 milyardı offşora köçürən X.Bəşirovun adını çəkmir, onu qoruyur. 

Eləcə də SOCAR A.Əliyevi mühafizə etməkdədir. Hələ 2 il öncə məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə A.Əliyev adlı şəxsin bağlılığı var. Və bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. 

Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Mətbuatda gedən xəbərlərə görə, SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. 

SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun. 

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.

SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir. Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.

Politika.Az xəbər verir ki, Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var.
Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvan doğumlu olduğu göstərilir. Anar Əliyevin biznesintlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində dəyər adığını göstərir. 

2 il öncə SOCAR-la bağlı ortaya çıxmış araşdırmanın yanında mənimsənilən 20 milyon qəpik-quruşdur. Bu araşdırma göstərirdi ki, Azərbaycanın neft milyardları müxtəlif adlar altında ölkədən çıxarılır.

Yazıdakı iddialar və məqamlarla bağlı SOCAR-ın mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]