İqtisadiyyat

Ölkə silkələnir - Banklar xalqın əmanətinə xəyanət edir

14-10-2016, 23:29
"Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Bank Standard" QSC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. 
Bunu başa düşdük. Bəs Bankda əmanətləri olanların pulunu necə və nə vaxt qaytaracaqlar? Bəlkə Fond əziyyət çəkib bu barədə də səsini çıxarda”. 

Bunu tanınmış vəkil Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, bu ölkədə hakimiyyət ancaq "xox” gəlməyi bacarır: "Bəs "səbrli xalq" bir gün bu "xox"lara cavab verəndə nə olacağını fikirləşən varmı?”
Qeyd edək ki, kommersiya banklarına yatırılan əmanətlərin 50 faizə yaxını sığortalanmayıb. Onun 3,14 milyard manatı qorunmayan əmanətlər, 3,42 milyardı isə qorunan əmanətlərdir.(politika)
Əmanətlərin Sığortalanması Fondunun son hesabatının təhlili göstərdi ki, artıq əmanətlərin sığortalanması mexanizmi səmərəli işləmir və onun təkmilləşdirilməsinə ehtiyac var. 

Ölkə üzrə əmanətlərin cəmi 30 faizi sığorta mexanizminin təsir dairəsinə düşür. Yerdə qalanları həm qorunmadıqlarına, həm də məbləği 30 min manatdan çox olduqlarına görə sığortadan kənarda qalırlar.

Dünyanın 100-dən çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. 

Azərbaycan bəlkə də sığorta mexanizminin əmanətin faiz dərəcəsinə tətbiq edildiyi yeganə ölkədir. İlkin araşdırmanın nəticəsi bunu göstərir. 

Çünki digər ölkələrdə əmanət faizinə münasibətdə sığortalanma mexanizminin tətbiqi təcrübəsinə rast gəlinməyib. Azərbaycanın mövcud sığorta mexanizmi daha çox bankların mənafeyinə cavab verir, nəinki müştərilərin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]