İqtisadiyyat

DOLLAR 1,60 MANATDAN AŞAĞI DÜŞDÜ – Sabaha olan məzənnə

12-10-2016, 01:35
DOLLAR 1,60 MANATDAN AŞAĞI DÜŞDÜ – Sabaha olan məzənnə

Bu gün oktyabrın 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Mərkəzi bankdan Xeberman.com-a verilən xəbərə görə, hərrac 1 ABŞ dolları üçün 1,6006 məzənnəsi ilə başlayıb və 1,5986 məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının oktyabrın 12-nə rəsmi məzənnəsini 1,5986 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,13% azalması deməkdir. Qeyd edək ki, oktyabrın 10-11-də rəsmi məzənnə 1,6006 AZN/USD olub

Administratorla əlaqə

077 611-55-22

[email protected]