Ölkə

Arzu Rəhimovun fərari generalı haqda ilginc ittihamlar: “yaxşı oğlan” ola bilər, lakin…

10-10-2016, 20:16
Arzu Rəhimovun fərari generalı haqda ilginc ittihamlar: “yaxşı oğlan” ola bilər, lakin…Ölkədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar bir çox xidmət və qurumların ləğvi məsələsi gündəmdədir. Onlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də var. Məlumata görə, xidmətin Müdafiə Nazirliyinə birləşdirilməsi ilə bağlı artıq danışıqlar başlayıb. Lakin hələ ki heç bir qurum bu məsələyə rəsmi münasibət bildirməyib.
Səfərbərlik xidmətinin nazirliyə birləşdirilməsinin nə dərəcədə real və düzgün addım olduğunu öyrənmək üçün hərbi cumhuriyyet.az ekspert Üzeyir Cəfərovla söhbətləşib. Ü.Cəfərov bildirib ki, ümumiyyətlə, bu qurumun yaradılmasına lüzum yox idi: "Fikrimcə, bu gün o boyda qurumun saxlanılmasına ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda xeyli sayda güc strukturları ixtisara salınmalıdır. Burada söhbət güc strukturlarında olan əlavə ştatlardan gedir. Azərbaycanda güc strukturlarının rəhbər şəxsləri şişirdilmiş ştatlarla işləməyə üstünlük verirlər. Bu da,heç də yaxşı hal deyil. Nə qədər ki, maliyyə imkanları çox idi, ştat sıxlığını hissi etmirdik. Təsəvvür edin ki, mərhum Heydər Əliyevin zamanında SHXÇDX yox idi. Bunun yerinə Respublika Hərbi Komissarlığı fəaliyyət göstərirdi. Bu komissarlıqda cəmi bir general vardı. Bu general da öz müavinləri ilə birgə işinin öhdəsindən layiqincə gəlirdi. Amma indi modernləşmiş və inkişaf etmiş Azrbaycanda SHXÇDX kimi balaca bir qurumda 3 general – General leytenant Arzu Rəhimov, onun müavini genral- mayor Novruzəli Orucov və o biri müavin də genral- mayor Abdullayev var. Deyim ki, bu hal yalnız səfərbərliklə bağlı deyil. Xeyli qurumlar mövcuddur ki, onların da tərkibində bir- birini təkrarlayan və dövlət büdcəsindən milyonlarla vəsait alan qurumlar var. Hesab edirəm ki, onları təcili şəkildə ixtisara salmaq lazımdır. Çəkinmədən deyə bilərəm ki, Dövlət Sərhəd Xidmətində(DSX) 18 general mövcuddur. Buna nə ehtiyac var? Azərbaycan balaca ölkədir. O vaxtı bir qurumda 1, uzağı 2 general olurdu. DSX də 18 generalın olması Ginnesin rekordlar kitabına düşəsi bir haldır. Həm də təssüf doğuran məqam odur ki, generalların sayı çoxaldıqca xidmətin keyfiyyəti aşağı düşür. Bu gün Daxili İşlər Nazirliyində(DİN) də xeyli sayda şişirdilmiş general vəzifələri var. Nazirliyin mərkəzi aparatına baxanda adamın gözləri qamaşır. Bu qədər generala ehtiyac yoxdur”.
Ekspert xidmətin rəisi, general-leytenant Arzu Rəhimov və onların müavinlərinin də un da işinə toxunub və onu səfərbərlik xidmətinə heç bir aidiyyəti olmayan şəxs adlandırıb: "A.Rəhimov səfərbərlikdən çox uzaq olan bir şəxsdir. Onun səfərbərliklə hansı əlaqəsi ola bilər, onu başa düşmürəm. Onun bu quruma namizədliyini irəli sürüb, dövlət başçısına təklif edən adamlar bu gün A.Rəhimovla bağlı bəzi məsələlərə aydınlıq gətirməlidir. Kimsə general-leytenant da ola bilər, general-polkovnik də… Lakin rütbə hələ bu adamın iş göstəricisi demək deyil. O, yerində olmayan kadrlardan biridir. Sabah müharibə başlasa, Arzu Rəhimov kim bilir hara qaçıb gedəcək. Bu adamın ümumiyyətlə, müharibədən anlayışı yoxdur. Müharibə başlasa güc, yük bizim üzərimizə düşəcək. Müharibə keçmiş peşəkarların üzərinə düşəcək. Arzu Rəhimov "yaxşı oğlan” ola bilər, lakin "yaxşı oğlan” olmaq dövlətin yaxşı müdafiəçisi, dövləti istəyən şəxs demək deyil”.
Hərbi ekspert bildirib ki, Səfərbərlik xidməti üzərinə düşən vəzifələri anlaya bilmir: "Bu xidmət vəzifələrini nə anlaya bilir, nə də yerinə yetirə… Bunu sizə misallarla deyəcəyəm. Mən ehtiyatda olan zabitəm. 10 ildən artıqdır ki, ehtiyata buraxılmışam, müharibə keçmişəm, peşəkar zabitəm. Amma bir dəfə də olsun Səfərbərlik xidməti mənim kimi minlərlə, bəlkə də 10 minlərlə peşəkarla təlimlər keçirməyib. Bunun nəyi səfərbərlik oldu?”
Ü.Cəfərovun sözlərinə görə, bu məsələdə prezidentin aidiyyəti üzrə köməkçiləri də diqqətli olmalıdır: "Onlar ehtiyatlı olmalıdırlar, həssas yanaşmalıdırlar ki, təqdim olunan kadrlar keyfiyyətlərinə görə seçilsinlər. Bəzi hallarda dost, yoldaş, qohumluq əlaqələrinə görə təqdim etməsinlər. Bu, dövlətçiliyə xeyli ziyan gətirən məqamlardır. İnşallah referendumun yekun nəticələrindən sonra Azərbaycanda aparılacaq islahatların biri də məhz güc strukturlarında çoxsaylı generalların vəzifələrinin ixtisara salınmasından ibarət olmalıdır. Çünki o generallar bu gün xidmətdədirlər, xidmətdən tərxis olunduqdan sonra eyni qaydada dövlət büdcəsindən əmək haqqı alacaqlar. Bu da, böyük məbləğdə vəsait deməkdir. Bu məsələlərin qarşısı alınmalıdır. Yenə də deyirəm generalların sayı artıqca xidmətin keyfiyyəti aşağı düşür”.
Bildirək ki, SHXÇDX rəisinin müavini Novruzəli Orucovun keçmişi ilə bağlı mətbuatda müxtəlif iddialar səsləndirilib. Bu iddialardan biri də general rütbəsində olan bir şəxsin döyüş yolu keçməməsidir. Belə ki, onun rəsmi tərcümeyi halında "Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak etməsi” göstərilsə də cumhuriyyet.az olaraq məlumatlandığımız mənbə bu faktın gerçək olmadığını bildirir: "Novruzəli Orucov Xarkov Ali Hərbi Tank Komandirləri məktəbini bitirib. Tankçıdır. Sovetlər dağıldıqdan sonra azərbaycana gələn bu şəxs cəbhə xəttində yox kabinetdə qərar tutub, bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb. Bundan sonra cəbhə xəttinə göndərilsə də o faktik olaraq səngər üzü görməyib. Qiyamçı Surər Hüseynovun fəal tərəfdarlarından olan Salyan rayon icra başçısı Vəliəhd adlı şəxsin dəstəyi ilə rayonun hərbi komissarı olub. Daha sonra Nəqliyyat Naziri Ziya Məmmədovun klanı sayəsində yüksəlişi isə hər kəsə bəllidir”
Ekspert Ü..Cəfərov bildirir ki, bəzi vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər: "Yəni onların rəisləri müavinlər ilə bağlı ölkə başçısına təhrif olunmuş faktlarla dolu sənədi təqdim edirlər. Və onlara tutduqları vəzifələrə uyğun olaraq vəzifələr verilir ki, bu da, sonda yaxşı nəticələnmir. Çəkinmədən deyirəm ki, döyüş yolu keçmiş adam general-leytenant, milli qəhrəman Rövşən Əkbərovdur. O, Əfqanıstan və Qarabağ müharibəsinin aktiv iştirakçısıdır. Mərhum prezident Heydər Əliyevin ən çox etibar etdiyi şəxsdir. Hətta bu gün bizim Müdafiə Nazirliyində elə şəxslər var ki, onlar kabinetdən bayıra çıxmadan general rütbəsi alıblar. Çox təssüflər olsun ki, bu da, faktdır. Hər kəsə layiqli xidmətinə görə, rütbə verilməlidir. General rütbəsinə haqqı olanlar sahiblənməlidirlər”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qalmaqallı generalı Novruzəli Orucovla bağlı cumhuriyyet.az olaraq araşdırmalarımızı davam etdirəcəyik:
– Biləsuvar rayonu ərazisindəki avtoqəzanın təfərrüatları;
– Qəza yerində olan xanımın kimliyi;
– Mövlam Şıxaliyevlə regional birliyin inkişafı;
– Avtomobillə adam öldürüb azadlıqda gəzən övladın polis sisteminə qayıdış cəhdi;
– Vahid Əliyevin adının hallandırılmasının gerçəklikləri;

Administratorla əlaqə

077 611-55-22

[email protected]