Ölkə

Yazılarımın “qəhrəman”ı sizdeyil, Fikrətin həbsini qəddarcasına sizə sifariş verənlər olacaq.

3-10-2016, 00:59
Yazılarımın “qəhrəman”ı sizdeyil, Fikrətin həbsini qəddarcasına sizə sifariş verənlər olacaq.Həbsdə olan jurnalist, Jam.az satynın baş redaktoru Fikrət Fəraməzoğlunun həyat yoldaşı Faiqə İbişbəyli DİNİN HACİ sevgisidən yazıb .. Xeberman.com Faiqə İbişbəyli DİNİN HACİ sevgisi mətin dərc edir:
Bilməyənlər üçün qeyd edim ki, həyat yoldaşım Fikrət Fəraməzoğlu 2006-cı ildə daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Yekunda Nəsimi rayon Məhkəməsi Fikrəti 1 il şərti cəza və müəyyən miqdarda pul cəriməsi ilə cəzalandırmışdı. Məhkəməyə səbəb isə Fikrətin baş redaktorluq etdiyi "24 saat” qəzetində nazir Ramil Usubovla bağlı tənqidi yazının getməsi imiş. Məhkəməyə səbəb olan mövzunu dəqiq xatırlamasam da, təxminən belə idi: "Nazir Ramil Usubov niyə tabeçiliyində olan Hacı Məmmədovdan xəbərsizdir?”
Məqsədim ovaxtki hadisələri qabardıb nəsə əldə etmək deyil. Məqsədim hazırda yoldaşımın istintaq apardığı müstəntiqi Hacı Əfəndiyevin təhqir və təziq dolusu sərt münasibətidir! Cənab nazir Ramil usubov!sizin tabeçiliyinizdəki Baş mütəşəkkil cinayətkarliqla mübarizə idarəsi ölkədə tanınmış ,hər zaman dövlətinə millətinə sadiq olan ölkədə nalayiq əməlləri gündəmə gətirən jurnalisti işgəncələr altında nazirlər ,məmurlar əleyhinə ifadə almaqla yetinməyib ,buna nail olmayınca saxta ittihamla həbs etdirib.mən inanıram ki bu həbs şəxsi qərəz və qəzəblə yanaşı DİN adını ləkələndirməkdir. Fikrəti şərləyib həbs edənlərə isə sözüm budur: - yəqin UTANDINIZ - yaşadığımız evdən apardığınız sənədlərin içindən yaşadığımızın evin uzunmüddətli ipoteka ilə götürdüyümüz 3 aylıq, ayda 381 manatı verə bilməməyimizi görəndə! - yəqin UTANDINİZ - Fikrətin səhifəsi 7 manata rus dilindən tərcümə etdiyi kağızlar da müsadirə etdiyiniz sənədlər arasında idi. Onlara da nəzər yetirəndə, bu haqda SİFARİŞÇİLƏRƏ MƏLUMAT verəndə ONLAR DA UTANARLAR YƏQİN! - yəqin UTANARSINIZ - köşəmin aşağısında yerləşdirdiyim o iki məsum körpənin hər gecə saatlarla "ata” deyib ağlaya-ağlaya yatdığını ,bağçada "ATA"şeirin öyrədəndə müəlliməsinə "mənin atam bantizimdədir gələndə oxuyacaqam"eşidib, biləndə... bir ana o sözü eşidəndə nə hisslər keçirdiyi pula sığmadiğına görə siz anlamasız..... Mən anlayıram kimlərinsə çörəyi "priton"larardan qumar xanalardan çıxdığını Yoxsa kimdə o ürək var ki,razılığ olmadan şəhərin mərkəzində elə obyektlər işlətsin? Və bu gün də işləməkdə davam etsin... P.S.Yoldaşlar,bu sizə hələki sərf etdiyim son yazımdı. Arxayın olun! Bundan sonrakı yazılarımın "qəhrəman”ı sizdeyil, Fikrətin həbsini qəddarcasına sizə sifariş verənlər olacaq. P.P.S. Amma məni susdura da bilərsiniz - rahat yolu var: ÖLDÜRMƏKLƏ.Hansı ki Fikrətə işgəncələr altında bildirmişdiniz ki "yəqin sənin avtomobil qəzalarindan xəbərin olub!"Bacardığınız iş olduğu üçün təklif etdim, yoxsa Fikrəti azadlıqda görmədən ölmək niyyətim yox..

Administratorla əlaqə

077 611-55-22

[email protected]