Kriminal

Cinayətkar qrup 17 avtobus və 5 məktəb yandırdı

2-10-2016, 02:14
Braziliyada cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında 17 avtobusu və səsvermə məntəqələrinin fəaliyyət göstərdiyi 5 məktəbi yandırıblar.
 
Axar.az xəbər verir ki, yerli həbsxanalardan birinin məhbusları tərəfindən planlaşdırıldığı zənn edilən hücumlarda şübhəli bilinən 30 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 16-sı yetkinlik yaşına çatmayıb.
 
Cinayətkar qrupun qarışıqlıq yaratmaqla seçkilərin keçirilməsinə əngəl olmaq istədikləri güman edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]