Siyasət

“Sədərək”i məmurlar yandırıb ya referendum təxribatıdır? - İddia

26-09-2016, 02:38
"Sədərək” ticarət mərkəzindəki yanğınla bağlı versiyalar səslənir

Politika.Az-ın xəbərinə görə, yarmarkanın yandırılması ehtimalı var və sosial şəbəkələrdə müxtəlif fikirlər yayılır. 

İddialara görə, bazar hansısa merkantil maraqların toqquşması nəticəsində yandırıla bilər. 

Bir neçə gün qabaq "Binə” sahibi Kəbirə Məmmədova dələduzluqda ittiham olunurdu və mətbuatda ictimailəşmişdi. 

Bəzi ehtimallara görə, ardınca "Sədərək”in yanması müəyyən şübhələrə yol açıb. Bazar uğrunda hansısa qüvvələrin mübarizə apardığı və ilk xəbərdarlıq kimi yanğın törədildiyi güman olunur.

Həmçinin bəzi iddialara görə hadisənin referendum ərəfəsində təxribat ehtimalı da var. Hansısa qüvvələr panika yaratmaq və təşvişə səbəb olmaq üçün səsveməyə iki gün qalmış kiçik provokasiya edə bilər. Amma bunlar ehtimallardır və istintaq tərəfindən araşdırılacaq. 

Yanğın artıq söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.
İki nəfər zərər çəkib. Yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib. Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar. 

Qeyd edək ki, son illərdə ticarət mərkəzlərində, yarmarkalarda, maşın bazarlarında tez-tez yanğınlar baş verir. Ekspertlər bunu hakimiyyət daxilindəki məmurların və qruplaşmaların iqtisadi savaşı hesab edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]