İqtisadiyyat

Ağalarova bağlanan “Almalı” marketləri necə əfsanə oldu? - 90 milyonluq cinayətin gizlinləri

24-09-2016, 00:53
Azərbaycanda hər kəs "Almalı” marketlərini xatırlayar. Doğurdan da ilk dəfə möhtəşəm və iri marketlər şəbəkəsi yaradılmışdı

Politika.Az xəbər verir ki, müasir dövrün tələblərinə cavab verən bu markətlər əhalinin maraqlarını üstün tutaraq həm qiymət siyasətində, həm də çeşid müxtəlifliyində ticarət obyektləri arasında 1 nömrəyə çevrilmişdi.

Qısa zaman kəsiyində "Almalı” marketləri topdansatış mərkəzlərinin, iri və orta sahibkarların "qibləgahına” çevrilmişdi. "Almalı” marketlər şəbəkəsi ilə əməkdaşlıq etmək üçün sahibkarlar ən yüksək səviyyədə tapşırıqlar, tanışlıq və ən başlıcası "Almalı” rəhbərliyini müxtəlif yollarla maraqlandırdıqdan sonra həyata keçirə bilərdilər. 

Respublikanın ən iri şəhərlərində açılan bu marketlər bir gündə yarandığı kimi də qeyb oldu. Nədən belə oldu? Nədən bu qədər işçi işsiz qaldı? Bu qədər avadanlıq yiyəsiz qaldı? Nədən "Almalı” ilə əməkdaşlıq edən sahibkarlar ziyan çəkdi? Bu suallara cavab tapmağa çalışmışıq. 

Elmar Həsənov adlı oxucumuz yuxarıdakı sətirləri yazarkən əvvəlcə qeyd edib ki, keçid dövrünə təsadüf edən "Vahid bank” fırıldağını xatırlamaq lazımdır. 
O dövrdə əhalini aldadaraq varını- yoxunu əlindən alan "Vahid” bankı idi. Sual yaranır fırıldaq üzərində qurulan "Vahid” bankla "Almalı” marketlərinin nə əlaqəsi?! Araşdırmanın nəticəsi haqda arayış var. 

2006- cı ildə "Almalı” marketlərinin yaranması başlanıb. Yaranma dövründə əhali arasında marketlər şəbəkəsini hakim ailənin ayrı-ayrı üzvlərinin yaxud "Krokus” şirkətinin rəhbəri cənab Araz Ağalarovun adı ilə bağlayırdılar. 

Araşdırmalardan aydın oldu ki, bu şayiələr də məqsədli olub. "Almalı” marketlərinin yaranmasının müəllifi Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Namiq oğlu Axundov olub. 

Politika.Az xəbər verir ki, Fuad Axundov bu vəzifədən 2001- ci ildə Heydər Əliyev tərəfindən kənarlaşdırılıb. ABŞ-da təhsil almış Fuad Axundovun etibarını itirmə səbəbi isə onun bank aktivlərinin öz maraqları çərçivəsində idarəetməsi və küllü miqdarda dələduzluq niyyəti ilə mənimsəmə planlarının aşkarlanması olub. 

Sonra F.Axundov mənimsənilmış vəsaitlərlə İngiltərəyə qaçmış və hazırda orada çoxsaylı daşınmaz əmlak sahibi olub. Nəhayət 2006-cı ildə Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə "ADA” şirkətlər qrupu yaradır və "Almalı” marketlər şəbəkəsi qurur. 

İxtisasça maliyyəçi-menecer olduğundan qısa zamanda gözəçarpan, cəlbedici görüntü və reklamlardan istifadə etməklə yüksək səviyyəli brend ticarət şəbəkəsi yaradır. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilir. 

Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabət edərək "Almalı” ilə əməkdaşlıq etməyə can atırdılar. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaranırdı. Bu borclar mal verən sahibkaları narahat etmirdi, çünkü süni yaradılmış Almalı bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı. 

Maksimal borclanmaya getdikdən sonra "Almalı” tarixinin son 6 ayı "Almalı” ticarət şəbəkələrində işləyənlərin də zəhmət haqqısı verilmədi. Beləliklə sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra "Almalı” şəbəkəsinin müflüsləşməsi elan edildi. 

Politika.Az xəbər verir ki, ilkin hesablamalara görə nisyə mal vermiş sahibkarların 50mln manata, icarə borcları üzrə 250 min. manat, vergi borcları üzrə 2 mln. manata qədər və Banklardan alınmış kreditlər mənimsənilib. 

Belə ki, satılmış malların tam dəyəri ticarət dövriyyəsindən mərhələli formada kənarlaşdıraraq mənimsənilmişdir. Bundan başqa Fuad Axundov özünü Türkiyə, Avropa, MDB dövlətlərində 1 - nömrəli top menedjer və bankir kimi qələmə vermiş bir "şəxsiyyət” kimi belə sadə yolla müflüsləşə bilməzdi. 

Fuad Axundov "Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankdan onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirib. Bunlardan Elşad Şirinbəyov (Yasamal ABB filialı), Rafael Hacıyev (Sumqayiı ABB filialı), Mobil Şərifov (Gəncə ABB filialı), Bəhruz Hüseynov (ABB), Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) və s. qohumlar və tanışlar. 

Rafael Hacıyevi isə Fuad Axundov "Almalı” marketlərinin rəhbəri və vəsait yığımına nəzarətçı kimi təyin edib. 

Araşdırmalar bir başlıca vəziyyəti də üzə çıxardı. "Almalı” rəhbərliyi qeyri qanuni olaraq sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər vəsait toplayıblar. Bu vəsaitlər də tam şəkildə mənimsənilib. 

Politika.Az xəbər verir ki, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar Qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından isifadə edərək "Almalı” Ticarət şəbəkəsini süni müflis elan edib. 

Beləliklə Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti mənimsəyib. 
Nəzərə almaq lazımdır ki, 70 milyon manat 2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklə də Fuad Axundov özünü və biznesini süni müflis etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarıb. 

Hazırda Fuad Axundovun ailəsi İngiltərədə dəbdəbəli həyat sürür. F.Axundovun özü isə hazırda Rusiyanın "Rosatom” Konserninin Türkiyədəki "Akkuyu” layihəsinə rəhbər təyin edilib. Çox güman ki, növbəti meqa dələduzluğunda qurbanı məhz bu konsern olacaq. 

Bununla əlaqədar Fuad Axundovun "Akkuyu” layihəsinə özünə müşavir olaraq "Almalı”nın keçmış rəhbəri Rafael Hacıyevi təyin etməsi, artıq prosesin hərəkətdə olmasına dəlalət edir. Hazırda ziyan çəkmiş sahibkarların bir araya gəlməsi prosesinə start verilib. 

Yaxın vaxtlar Bakı Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirilməsi və Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə Mütəşəkkil formada dələduzluq faktlarının araşdırılması istiqamətində araşdırmanın aparılmasına dair müraciətlər göndəriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]